İşin təsviri
Təsvir
- Zavodlarda quraşdırılmış avadanlıqların texniki vəziyyətinin, sazlığının, istismar tələblərinə və texniki normalara uyğunluğunun yerində yoxlanılması, aşkar edilmiş çatışmazlıqların müəyyən edilməsi və hesabatlandırılması.
- Avadanlıqların düzgün istismar olunmasının, texniki xidmət və təhlükəsizlik tələblərinə əməl edilməsinin yoxlanılması, nasazlıq və risklərin müəyyən edilməsi.
- Avadanlıqlarda yaranmış nasazlıqların, dayanma səbəblərinin və texniki uyğunsuzluqların araşdırılması, nəticələr üzrə texniki rəy və təkliflərin hazırlanması.
- İstehsalat avadanlıqlarının faktiki vəziyyətinin, istismar müddətinin və texniki göstəricilərinin qiymətləndirilməsi, təkmilləşdirmə və bərpa tədbirləri üzrə təkliflərin hazırlanması.
- Avadanlıqlara aid texniki pasportların, texniki xidmət, təmir və istismar sənədlərinin yoxlanılması və uyğunluğunun qiymətləndirilməsi.
- Aşkar edilmiş texniki çatışmazlıqlar üzrə tədbir planlarının hazırlanması, aradan qaldırılma prosesinin izlənilməsi və nəticələrin yoxlanılması.
- Keçirilmiş texniki reydlər, aparılmış araşdırmalar və yoxlamaların nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Rəhbərlik tərəfindən verilmiş avadanlıqların texniki vəziyyəti, istismarı və istehsal prosesləri ilə bağlı xüsusi yoxlama və araşdırmaların həyata keçirilməsi.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 5 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: 1C, SAP, MS Ofis (Word, Excel, PowerPoint)
- Ölkədaxili ezamiyyət imkanları;
- Şəxsi keyfiyyətlər: Məsuliyyətli, dəqiq və ünsiyyət qurmaq bacarığı;
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İş yeri: Falez Plaza;
- Əmək haqqı: Razılaşma yolu ilə: