Satış Məsləhətçisi (Gəncə)

İşin təsviri

Təsvir

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
  • Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər

Namizədə tələblər:

  • Azərbaycan dilini səlis, rus dili arzu olunandır;
  • Satış təcrübəsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
  • Satış qabiliyyəti.

Biz nə təklif edirik?

  • Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.

İş şəraiti:

  • İş yeri: Gəncə;
  • İş qrafiki: Növbəli.

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq