İşin təsviri
Biz nə təklif edirik?
- Yeni bilik və bacarıqlar əldə etmək imkanı
- İşin praktiki şəkildə öyrədilməsi
- Peşəkar təcrübə qazanmaq imkanı
- Dövlət proqramı çərçivəsində işə başlamaq fürsəti və ən əsası bitirmə sertifikatı
Vəzifə Öhdəlikləri:
- Günlük və aylıq idarəetmə hesabatlarının hazırlanması;
- Debitorlar üzrə hesabatların hazırlanması və icra edilməsinə nəzarət;
- Müştəri, məhsul və satış kanalı bazlı analizlərin hazırlanması;
- Proqnozlar və modellər yaradan güclü maliyyə bazasının təşkili və idarəetməsi;
- Rəhbərliyin tələbi ilə qərarvermə prosesində faydalı ola biləcək əlavə hesabatların hazırlanması;
Namizədə dair əsas tələblər:
- Son 1 il üzrə rəsmi iş yerinin olmaması;
- Əyani təhsil alan tələbə olmamalı;
- Adınıza aktiv VÖEN qeydiyyatı olmamalı;
- DMA-da işsiz kimi qeydiyyatda olmalı;
- Yaş aralığı: 18–35;
- Maliyyə, iqtisadiyyat vəya muhasibatlıq üzrə ali təhsil;
- Excel bilikləri;
- Analitik düşünmə, məntiqi sualvermə bacarığı və detallara diqqət.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini cv@mazarina.az elektron poçt ünvanına mövzu hissəsinə uyğun başlığı yazaraq göndərmələri tələb olunur.