Akademik işlər üzrə mütəxəssis (Landau Academy)

İşin təsviri

  • Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi;
  • WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi;
  • Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi;
  • Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi;
  • Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi;
  • Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası;
  • İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması;
  • Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək;
  • İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması;
  • Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması.

Tələblər

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • İngilis dili biliyi;
  • Satış və müştəriyönümlü ünsiyyət bacarığı;
  • MS Office / Google Sheets ilə işləmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik və təşkilatçılıq;
  • Təhsil və ya kurs satışı sahəsində təcrübə.