Vakansiya haqqında
Rəqəmsal reklam istiqamətini idarə edəcək, komandanı inkişaf etdirəcək və şirkətin müştəriləri üçün effektiv media və nəticəyönümlü reklam (performance) kampaniyaları həyata keçirəcək təcrübəli rəhbər axtarırıq.
Vəzifə öhdəlikləri
Kompleks rəqəmsal reklam strategiyalarını hazırlamaq, əsaslandıraraq təqdim etmək və həyata keçirmək.
Kommersiya təkliflərini və hesabatları müştəriyə təqdim etmək və əsaslandırmaq.
Əsas müştərilər üçün kampaniya qrafikləri (flowchart) və media planları hazırlamaq.
Komandaya tapşırıqlar vermək, təlim keçmək və dəstək göstərmək. Media planlarının və hesabatların hazırlanmasına, reklam alışına və kampaniyaların optimallaşdırılmasına nəzarət etmək.
Reklam kampaniyalarının effektivliyini təhlil etmək və optimallaşdırma üzrə tövsiyələr hazırlamaq.
Podratçılar, reklam satışı evləri (sales house), reklam platformaları və tərəfdaşlarla əməkdaşlıq etmək.
Müddətlərə əməl olunmasına, reklam yerləşdirmələrinin keyfiyyətinə və KPI hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək.
Kampaniya yekunları üzrə analitik hesabatlar və təqdimat materialları hazırlamaq.
Şirkətin daxili proseslərinin və rəqəmsal reklam üzrə ekspertizasının inkişafında iştirak etmək.
Müştərilərlə ünsiyyət qurmaq.
Tələblər
- Rəqəmsal sahədə ən azı 3 il iş təcrübəsi
- Komanda idarəetməsi və müştəri layihələrinin aparılması üzrə təcrübə
- Müasir rəqəmsal alətlər və reklam platformaları üzrə bilik
- Təqdimat hazırlamaq və təqdim olunan yanaşmanı əsaslandırmaq bacarığı
- Strategiya, kampaniya qrafiki, media planı və hesabat hazırlamaq təcrübəsi
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları
- İngilis dili biliyi ən azı B1 səviyyəsində
- Yeni alətləri müstəqil araşdırmaq və öyrənmək bacarığı
Oxşar elanlar
- Русскоязычный TikTokерSuper Toys · Dünən
- Rəqəmsal marketinq üzrə mütəxəssisKontakt Home · Dünən
- Media planlaşdırılması üzrə mütəxəssisLionCom Azərbaycan · Dünən
- Marketinq üzrə təcrübəçi - Admitt.ioLandau Education Group · Dünən
- Sosial Media Marketinqi üzrə Aparıcı MütəxəssisDecoliv · Dünən
- Content CreatorAzerbaijan SuperMarket · Dünən