İnsan Resursları üzrə Kiçik Mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İnsanlarla işləməyi, HR sahəsində inkişaf etməyi və dinamik iş mühitində təcrübə qazanmağı istəyirsinizsə, komandamıza qoşulmağınızı gözləyirik!

Əsas vəzifə və öhdəliklər:

  • İşə qəbul və seçim prosesinin təşkilində iştirak etmək;
  • Namizədlərin CV-lərini nəzərdən keçirmək və ilkin seçim aparmaq;
  • Müsahibələrin təşkili və namizədlərlə əlaqələndirməni həyata keçirmək;
  • İşə qəbul, işdən azad olunma və digər kadr prosesləri üzrə sənədləşməni aparmaq;
  • Əmək müqavilələri və kadr sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Əməkdaşların şəxsi işlərinin və HR məlumatlarının düzgün şəkildə aparılmasını təmin etmək;
  • ƏMAS və digər HR sistemlərində məlumatların işlənməsində iştirak etmək;
  • İşçilərin davamiyyət, məzuniyyət və digər HR məlumatlarını izləmək;
  • Əməkdaşların müraciətlərini qəbul etmək və HR məsələləri üzrə dəstək göstərmək;
  • Şirkətin daxili intizam və HR prosedurlarının icrasına dəstək olmaq.

Vakansiya üzrə tələblər:

  • Müəyyən sahədə azı 6 ay təcrübə;
  • Bəy namizədlər;
  • ƏMAS platformasında sərbəst şəkildə istifadə etmə bacarığı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Problemləri həll etmə bacarığı;

İş Şəraiti:

  • Əmək haqqı: Bazar rəqabətinə uyğun
  • İş qrafiki: 09:00–18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • Ünvan: Yusif Vəzir Çəmənzəminli küç. 14

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu (subject) hissəsinə “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd edərək göndərmələri xahiş