İşin təsviri
İnsan resursları sahəsində praktiki təcrübə qazanmaq və bankda insan kapitalının idarə edilməsi proseslərini yaxından tanımaq istəyirsinizsə, sizi təcrübə proqramımıza dəvət edirik.
Əsas fəaliyyət:
- Əməkdaşların şəxsi işlərinin aparılması və sənədlərin sistemləşdirilməsinə dəstək;
- ƏMAS sistemi üzrə əməliyyatların həyata keçirilməsində iştirak;
- Əməkdaşlara müxtəlif arayışların hazırlanması və təqdim edilməsinə dəstək;
- HR sənədlərinin hazırlanması, yoxlanılması və arxivləşdirilməsi;
- İşçi məlumatlarının sistemlərdə yenilənməsi və HR proseslərinin gündəlik fəaliyyətinə dəstək;
- İnsan resurslarının inzibati prosesləri ilə tanışlıq.
Təcrübə müddəti: 3 ay
İş qrafiki: Tam iş günü
Tələblər
- Ali təhsil;
- MS Excel üzrə ilkin/orta səviyyədə biliklər;
- Əmək qanunvericiliyi üzrə ilkin biliklərin olması üstünlük hesab edilir;
- Sənədlərlə diqqətli işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;