Həkim-ekspert

1 May 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Struktur bölmə: Tibbi sığorta departamenti

Tələblər:

  • Təhsil: Ali tibbi təhsil
  • İş təcrübəsi: Minimum 3 il tibbi sığorta sahəsində, o cümlədən 1 il tibbi sığorta ekspertizası üzrə
  • Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – sərbəst danışıq, İngilis dili – B2 səviyyəsi
  • Kompüter bacarıqları: Microsoft Word və Excel – sərbəst istifadəçi
  • Şəxsi keyfiyyətlər: Analitik düşüncə, yazılı və şifahi ünsiyyət bacarığı, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyətlilik, məqsədyönümlülük

Əsas vəzifə öhdəlikləri:

  • Tibbi sığorta üzrə tibbi-iqtisadi ekspertizanı həyata keçirmək
  • Tibb müəssisələrinin təqdim etdiyi reyestrləri yoxlamaq və tibbi sığorta proqramına uyğunluğunu müəyyən etmək
  • Tibb müəssisələri və əczaxanalar tərəfindən hazırlanmış reyestrlərə əsasən ödəmə aktlarını tərtib etmək
  • Tibb müəssisələri ilə əməkdaşlıq etmək
  • Ödəmələrin həyata keçirilməsi üçün sığorta aktlarını və digər sənədləri şöbə rəhbərliyinə təqdim etmək
  • İşlənmiş məlumatları əməliyyat sisteminə daxil etmək
  • Sığorta ödənişlərinin uçotunu aparmaq
  • Vəzifə təlimatı üzrə tələblərə uyğun işlərin icrası

Əmək şəraiti:

  • Əmək haqqı: Namizədin səriştə və təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılır
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 17:45, cümə günü 17:00-dək)
  • İş yeri: Baş ofis – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19a

İmtiyazlar:

  • Karyera və peşəkar inkişaf imkanları
  • Peşəkar komandada işləmək imkanı
  • Tibbi sığorta təminatı
  • Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük

Mövzu bölməsində “Həkim-ekspert” qeyd etməklə CV-nizi karyera@meqasigorta.az elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.