Digital Marketing Specialist
- Maaş
- 1 800 – 2 000 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifənin məqsədi:
Newcond-un təmsil etdiyi AUX, Mitsubishi Electric və HANN brendləri üzrə rəqəmsal reklam fəaliyyətlərini idarə etmək, potensial müştəri müraciətlərini artırmaq, marketinq investisiyalarının effektivliyini ölçmək və rəqəmsal kanalların satış nəticələrinə töhfəsini gücləndirmək.
Vəzifə Öhdəlikləri
Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası
Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, elektronika şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.
Tələblər
- Rəqəmsal Marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi (müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı)
- Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi
- B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə
- GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər
- Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi
- Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili
- E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq
- SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri
Üstünlük hesab olunur
- Klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür
Oxşar elanlar
- Xarici Kommunikasiyalar üzrə MütəxəssisPASHA Real Estate Group · Bu gün
- Daxili kommunikasiya üzrə TəcrübəçiUnibank Kommersiya Bankı · Bu gün
- Satış və Marketinq meneceriGrand-Agro MMC · Dünən
- KopirayterKontakt Home · Dünən
- Creative Content CreatorArzena Design · Dünən
- Tədbir Menecerin köməkçisiKonsis · Dünən