Məzmuna keçin
Meqa Sığorta ASC yerləşdirilib

Korporativ satış üzrə baş mütəxəssis

Şəhər
Bakı

Vakansiya haqqında

Struktur bölmə: Satış departamenti – Korporativ satış şöbəsi

Vəzifə öhdəlikləri:

Yeni korporativ müştərilərin cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması və satış prosesinin effektiv idarə olunması;

Korporativ müştərilərin biznes fəaliyyətinin, sığorta ehtiyaclarının və risk xüsusiyyətlərinin təhlil edilməsi, onların tələblərinə uyğun kompleks və fərdi sığorta həllərinin hazırlanmasının koordinasiyası;

Korporativ müştərilərin işçi heyətinə və əmlaklarına çarpaz satışların təşkili və bu istiqamətdə aidiyyəti struktur bölmələrlə əməkdaşlığın təmin edilməsi;

Mürəkkəb və yüksək riskli sığorta təkliflərinin hazırlanması zamanı Anderraytinq və digər aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi;

Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;

Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;

Korporativ satış proseslərinin təkmilləşdirilməsi, yeni müştəri cəlbi və mövcud portfelin inkişafı istiqamətində təşəbbüslərin irəli sürülməsi.

​​​​​​ Namizədə olan

İş şərtləri:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;

İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ;

Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

İmtiyazlar:

Karyera və peşəkar inkişaf üçün imkanlar;

Peşəkar komandada işləmək imkanı;

Tibbi sığorta təminatı;

Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.

Zəhmət olmasa, mövzu bölməsində “Korporativ satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.

Tələblər

  • Ali təhsil
  • İş təcrübəsi: sığorta, satış və ya korporativ müştərilərlə iş üzrə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı
  • Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları
  • Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
  • İri korporativ müştəri portfelinin müstəqil idarə edilməsi, mürəkkəb kommersiya danışıqlarının aparılması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması üzrə təcrübə
  • Kompleks sığorta təkliflərinin hazırlanması və satış nəticələrinin təhlili bacarığı

Üstünlük hesab olunur

  • Rus və/və ya ingilis dili biliyi arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →