İşin təsviri
- Hazır məhsulların qəbulu, uçotu və düzgün yerləşdirilməsini təmin etmək.
- Məhsulların sənədlərə uyğunluğunu (miqdar və keyfiyyət baxımından) yoxlamaq.
- Məhsulların anbarda qruplaşdırılmasını və təhlükəsizlik qaydalarına uyğun şəkildə saxlanılmasını təşkil etmək.
- Müəyyən edilmiş sifarişlərə əsasən məhsulların yüklənməsi və təhvil-təslimi prosesində iştirak etmək.
- Gündəlik məhsul hərəkətinin qeydiyyatını aparmaq (giriş, çıxış, qalıq miqdar).
- Sənədlərin (qaimələr, aktlar, fakturalar və s.) düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək.
- Anbarda təmizlik, nizam-intizam, məhsulların salamatlığını qorumaq və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək.
- Məhsulların saxlanma şəraitinə nəzarət etmək (rütubət, temperatur və s.).
- Müəyyən edilmiş dövrlərdə inventarizasiya prosesində iştirak etmək.
- Rəhbərliyə anbar qalığı, zədələnmiş, yararsız, vaxtı bitməsinə az qalan məhsullar və digər problemlər barədə məlumat vermək.
- Yükləmə-boşaltma işlərinin təşkili və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət etmək.
- Yükləmə və boşaltma işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmək.
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Təhsil: Ali və ya orta təhsil;
- İş təcrübəsi: Minimum 3 il;
- Kompüter bilikləri: MS Office bilikləri, 1C 8.3 və digər anbar proqramları;
- ERP sertifikatı arzuolunandır;
İş şəraiti;
- İş saatları: 08:00 – 17:00;
- İş qrafiki: 6 gün, 1 gün istirahət;
- İş yeri: Qaradağ Hazır Məhsul Anbarı.
Biz nə təklif edirik:
- Əmək haqqı (Razılaşma yolu ilə);
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.