İşin təsviri
- Mühasibat uçotunun qanunvericiliyə uyğun qurulması və aparılması;
- Maliyyə əməliyyatlarının düzgün sənədləşdirilməsinin təşkili və nəzarət;
- Hesablar planına uyğun müxabirləşmələrin aparılması və nəzarət edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının tərtibi;
- Rəhbərliyə analitik maliyyə məlumatlarının təqdim edilməsi;
- Vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;
- Vergi öhdəliklərinin düzgün hesablanması və ödənilməsinə nəzarət;
- Bank əməliyyatlarına nəzarət və düzəlişlər;
- Kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Ödəniş tələblərinin yoxlanılması və təsdiqi;
- Audit proseslərində iştirak və lazımi sənədlərin hazırlanması;
- Mühasiblərin işinə nəzarət və koordinasiya;
- Maliyyə və vergi qanunvericiliyində dəyişikliklərin izlənməsi;
- Mühasibat və vergi uçotu arasında fərqlərin izlənməsi, uyğunsuzluqların vaxtında aradan qaldırılması;
- E-taxes.gov.az sistemində əməliyyatların idarəsi;
- Sistem səhvlərinin və uyğunsuzluqların operativ həlli;
- Hüquq şöbəsi ilə koordinasiyalı iş;
- Rəhbərlik tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
- Kompüter bilikləri: 1C 8.3 və MS Office (Word, Excel yüksək səviyyədə);
- Sertifikatlar: İFRS və PM;
- Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Mətanət A zavodu (Masazır ərazisi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Dinamik və gənc komanda ilə iş imkanı.