İşin təsviri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- İstehsalatda baş verən maliyyə əməliyyatlarının (xammal alışları, istehsalat xərcləri, əmək haqları və s.) düzgün uçotunu aparmaq;
- Xammal, material və məhsul dövriyyəsini izləmək və müvafiq hesabatları hazırlamaq;
- İstehsalatda baş verən birbaşa və dolayı xərclərin uçotunu aparmaq və hesabatlara daxil etmək;
- İstehsalat prosesində hər bir məhsulun maya dəyərinin hesablanmasını təmin etmək;
- Xammal, əməyin dəyəri, enerji və digər istehsalat xərclərini nəzərə alaraq məhsulun faktiki maya dəyərini müəyyənləşdirmək;
- Maya dəyərinin təhlili əsasında istehsal prosesində səmərəsiz xərclərin müəyyənləşdirilməsi və azaldılması üzrə təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 3-5 il;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri səlis, (İngilis dilləri arzuolunandır);
- Kompüter bilikləri: MS Ofis (Excel, Word, Outlook) və 1C 8.3;
- Sertifikatlar: ACCA F3 (Maliyyə uçotu);
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət: Şənbə və Bazar;
- İş yeri: Luxen Plaza (Xətai prospekti 34, 12-ci mərtəbə).
Biz nə təklif edirik:
- Əmək haqqı (Razılaşma yolu ilə);
- Dinamik və gənc komanda ilə iş imkanı.