İnsan Resursları Departament Direktoru

İşin təsviri

  • Şirkətin biznes hədəflərinə uyğun HR strategiyası və büdcəsinin hazırlanması və icrasına nəzarət;
  • HR kargüzarlığının və sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun təşkilinə nəzarət etmək;
  • İşçi heyətinin planlaşdırılması, işə qəbul, qiymətləndirmə, motivasiya və təlim sistemlərinin qurulmasına rəhbərlik etmək;
  • Vakansiyalar üzrə namizədlərin seçilməsi, müsahibələrin təşkili və müasir qiymətləndirmə metodlarının tətbiqini həyata keçirmək;
  • İşçilərin motivasiya və demotivasiya faktorlarını təhlil edərək effektiv motivasiya proqramları hazırlamaq;
  • Qrup şirkətlərinin təşkilati strukturunu təhlil etmək, boşluqları müəyyənləşdirmək və çevik struktur modeli formalaşdırmaq;
  • Vəzifə adları, dərəcələr və funksional öhdəliklərin qruparası uyğunlaşdırılmasını (grading və alignment) həyata keçirmək;
  • Bütün qrup üzrə vahid HR siyasətinin – işə qəbul, adaptasiya və işdən ayrılma prosedurlarının tətbiqini təmin etmək;
  • Performans və KPI sisteminin qurulması və ölçülə bilən nəticələrin təmin edilməsi;
  • Daxili rotasiya və karyera inkişaf mexanizmlərini tətbiq etməklə kadr ehtiyatının effektiv idarə olunması;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və əməkdaşların inkişaf planlarının hazırlanması.
  • HR fəaliyyəti üzrə mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • İnsan resurslarının idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Böyük heyətlə (minimum 1000 nəfər) işləmə təcrübəsi;
  • İşçi heyətinin planlaşdırılması, işə qəbul, performansın qiymətləndirilməsi, motivasiya və təlim sistemləri üzrə praktiki bilik;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmə bacarığı;
  • SAP proqramında işləmə bacarığı;
  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • Analitik düşünmə, yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Məsuliyyətlilik və detallara diqqət.

İş şəraiti

  • İş vaxtı: 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • Əməkhaqqı: Razılaşma əsasında
  • Sınaq müddətindən (3 ay) sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı