İşin təsviri
- Mexaniki avadanlıqların, maşınların, sistemlərin və qurğuların texniki layihələndirilməsini həyata keçirir;
- İstehsalat və ya texniki xidmət sahəsində avadanlıqların texniki vəziyyətinə nəzarət edir;
- Planlı profilaktik baxış və təmir cədvəllərini tərtib edir və onların icrasına nəzarət edir;
- Mexaniki avadanlıqların nasazlığını aşkarlayır, səbəbləri təhlil edir və aradan qaldırılması üçün tədbirlər planı hazırlayır;
- Yeni texnoloji proseslərin və avadanlıqların tətbiqi zamanı texniki sənədləşməni (eskiz, cizgi, spesifikasiya və s.) hazırlayır;
- Təmir və istismar işləri zamanı texniki təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə nəzarət edir;
- Enerji və resurs sərfiyyatının azaldılması məqsədilə mexaniki sistemlərin optimallaşdırılması üzrə təkliflər verir;
- Avadanlıqların texniki pasportlarını və istismar jurnallarını aparır;
- Mexanik briqadalarının fəaliyyətinə rəhbərlik edir, işlərin koordinasiyasını təmin edir;
- İstismar zamanı yaranan qəza hallarının aradan qaldırılması prosesində iştirak edir və hesabat hazırlayır;
- Təchizat şöbəsi ilə birlikdə ehtiyat hissələrinin alınması və uçotu prosesində iştirak edir;
- Müəssisənin texniki inkişafı və modernləşdirilməsi ilə bağlı təkliflər verir.
Tələblər
- Mexanika mühəndisliyi, Maşınqayırma və ya oxşar sahə üzrə ali təhsil;
- İstehsalat müəssisəsində mexaniki avadanlıqlarla iş üzrə minimum 3–5 il iş təcrübəsi;
- Mexaniki avadanlıqların iş prinsipləri, quruluşu və texniki xidmət metodları üzrə biliklər;
- Planlı profilaktika, təmir və istismar proseslərinin təşkili üzrə təcrübə;
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə praktiki bilik və bacarıqlar;
- Texniki sənədləşmə (eskiz, cizgi, spesifikasiya və s.) hazırlamaq və oxumaq bacarığı;
- Texniki təhlükəsizlik normalarını və istehsalat standartlarını bilmək;
- Güclü analitik düşüncə, problem həll etmə bacarığı və məsuliyyətli iş yanaşması.
İş şəraiti:
- İş qrafiki: Həftədə 1 gün istirahət;
- Ünvan: Azvul MMC (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).