İşin təsviri
PR strategiyasının hazırlanması və idarə olunması:
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq.
- PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək.
- Şirkətin imicinin qorunması və möhkəmləndirilməsi üçün fəaliyyətlər həyata keçirmək.
Media ilə əməkdaşlıq:
- Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək.
- Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək.
- Şirkətlə bağlı medianın dərc etdiyi xəbərlərin monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək.
Kommunikasiya və daxili PR:
- Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını inkişaf etdirmək.
- Korporativ tədbirlərin təşkil edilməsi və əməkdaşların şirkətlə bağlı məlumatlılığının artırılması üçün təşəbbüslər həyata keçirmək.
Kampaniyaların idarə olunması:
- Şirkət məhsulları və xidmətləri üçün ictimaiyyətlə əlaqələr kampaniyalarını idarə etmək.
- Sosial məsuliyyət layihələrinə rəhbərlik etmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək.
- Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək.
Krizis idarəçiliyi:
- Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və aradan qaldırmaq.
- Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyasını təmin etmək.
Araşdırma və analitik fəaliyyət:
- PR kampaniyalarının təsirini ölçmək üçün müvafiq göstəriciləri təhlil etmək.
- Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq.
Komanda idarəçiliyi:
- PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq.
Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək
Tələblər
Təhsil və təcrübə:
- Təhsil: Ali (İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil.)
- İş təcrübəsi: 5+ il PR və kommunikasiya sahəsində iş təcrübəsi. Rəhbər vəzifə üzrə 3 illik iş təcrübəsi
- Kompüter biliyi: Microsoft Office , Outlook
Texniki bacarıqlar:
- PR alətləri və texnologiyaları üzrə bilik.
- Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə.
- Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə.
Şəxsi keyfiyyətlər:
- Güclü liderlik və idarəetmə bacarığı.
- Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Strateji və analitik düşüncə tərzi.
Dil bilikləri:
- Azərbaycan dili (ana dili).
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə və bazar günü
- Ünvan: Xətai (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.