İşin təsviri
Təsvir
Müəssisənin yeməkxanasında istifadə olunan boşqab, stəkan, çəngəl, qaşıq, qazan, tava və digər mətbəx inventarlarının yuyulmasını və təmizlənməsini həyata keçirmək;
Yuyulmuş qab-qacaq və mətbəx inventarlarının qurudulmasını, çeşidlənməsini və müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirilməsini təmin etmək;
Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən müəyyən edilmiş norma və təlimatlara uyğun istifadə etmək;
Qabyuyan sahəsinin, avadanlıqların və iş yerlərinin gündəlik təmizliyini və sanitariya-gigiyenik vəziyyətini təmin etmək;
Qab-qacaq və mətbəx inventarlarının istifadəyə yararlılığını yoxlamaq, sınıq və ya yararsız inventarlar barədə rəhbərə məlumat vermək;
Qida tullantılarının və digər məişət tullantılarının müəyyən edilmiş qaydalara uyğun toplanmasını və ərazidən kənarlaşdırılmasını təmin etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitariya-gigiyena və müəssisədaxili intizam qaydalarına riayət etmək;
İş prosesində rəhbər tərəfindən verilən və vəzifəsinin funksional istiqamətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Qab-qacaq və mətbəx inventarlarının yuyulması və təmizlənməsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
Sanitariya-gigiyena, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməsi;
Fiziki işə uyğunluq, məsuliyyətlilik, səliqəlilik və kollektivdə işləmək bacarığı.
Əlaqə: 070-800-33-65