İşin təsviri
- Şirkətin zavod, istehsalat və digər struktur bölmələrinin texniki avadanlıq, ehtiyat hissələri, mexaniki və elektrik materialları üzrə satınalma proseslərini təşkil etmək və idarə etmək.
- Texniki satınalma sifarişlərinin vaxtında və düzgün icrasını təmin etmək, sifarişlərin prioritləşdirilməsini və icra müddətlərini nəzarətdə saxlamaq.
- Sifarişçi departamentlər tərəfindən təqdim edilən texniki spesifikasiyaların, məhsul kodlarının, modellərin və digər zəruri məlumatların tamlığını yoxlamaq.
- Texniki tələblərdə çatışmazlıq və uyğunsuzluq olduqda sifarişçi departamentlərlə koordinasiya edərək məlumatların dəqiqləşdirilməsini təmin etmək.
- Yerli və beynəlxalq bazarlarda texniki məhsullar üzrə təchizatçıların araşdırılmasını alternativ təchizat mənbələrinin müəyyən edilməsini və təchizatçı bazasının genişləndirilməsini təşkil etmək.
- Təchizatçılardan kommersiya təkliflərinin alınmasını, qiymət müqayisələrinin aparılmasını və optimal satınalma şərtlərinin müəyyən edilməsini təmin etmək.
- Təchizatçılarla qiymət, ödəniş şərtləri, çatdırılma müddəti, zəmanət və servis xidmətləri üzrə danışıqları aparmaq.
- Texniki avadanlıq və ehtiyat hissələrinin alışında məhsulun orjinallığına, istehsalçı zəmanətinə və müvafiq sertifikatların mövcudluğuna diqqət yetirmək.
- Alınacaq məhsulların texniki uyğunluğunun sifarişçi və aidiyyəti texniki şöbələr tərəfindən təsdiqlənməsini təmin etmək.
- İstehsalatın fasiləsiz fəaliyyətinə təsir edən kritik ehtiyat hissələri və avadanlıqlar üzrə sifarişlərin prioritet qaydada icrasını təşkil etmək.
- Kritik ehtiyat hissələrinin minimum stok səviyyələrinin müəyyən edilməsi və vaxtında təmin olunması üçün Planlama, Anbar və İstehsalat şöbələri ilə koordinasiyanı təmin etmək.
- Satınalma sifarişlərinin təsdiqlənmiş büdcə və şirkətin daxili prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək.
- Texniki alışlar üzrə satınalma müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və müqavilə öhdəliklərinin icrasının izləmilməsini təmin etmək.
- Təchizatçıların çatdırılma müddəti, qiymət rəqabətliliyi, məhsul keyfiyyəti və xidmət səviyyəsi üzrə fəaliyyətini qiymətləndirmək.
- Qüsurlu, yanlış və ya texniki tələblərə uyğun olmayan məhsullar üzrə təchizatçılarla geri qaytarma, dəyişdirilmə və zəmanət proseslərini koordinasiya etmək.
- Satınalma prosesində yaranan gecikmələri, təchizat risklərini və əlavə xərcləri təhlil edərək qabaqlayıcı tədbirlər görmək.
- Texniki satınalmalar üzrə xərclərin optimallaşdırılması, alternativ məhsulların araşdırılması və qənaət imkanlarının müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaq.
- Şöbənin əməkdaşları arasında iş bölgüsünü təşkil etmək, tapşırıqların icasına və əməkdaşların fəaliyyət göstəricilərinə nəzarət etmək;
- Texniki satınalmalar üzrə KPİ göstəricilərini izləmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- Təhsil: Ali;
- İş təcrübəsi: 3-5 il;
- Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;
- Kompüter bilikləri: MS Ofis proqramları və 1C 8.3;
Şəxsi keyfiyyətlər:
- Güclü analitik və strateji düşünmə qabiliyyəti;
- Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;
- Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;
- Operativ qərarvermə və problemləri həll etmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 gün, saat 09:00-18:00;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əməkhaqqı: Razılaşma yolu ilə;
- İş yeri: Luxen Plaza.