İşin təsviri
- Cabin Crew, Aviasiya Təhlükəsizliyi və digər müvafiq təlim fəaliyyətlərinin müəyyən edilmiş meyarlar əsasında monitorinqini və auditini həyata keçirmək
- Təlim proqramlarının, tədris materiallarının, təlimçi heyətinin və təlim proseslərinin müəyyən edilmiş tələblərə uyğunluğunu qiymətləndirmək
- Təlimlərin keçirilməsi prosesini müşahidə etmək və nəticələrini qiymətləndirmək
- Təlim sənədlərinin, iştirak və qiymətləndirmə qeydlərinin düzgün aparılmasına nəzarət etmək
- Audit planlarını hazırlamaq və təsdiq edilmiş plana uyğun auditləri həyata keçirmək
- Audit zamanı müəyyən edilmiş uyğunsuzluqları, müşahidələri və inkişaf imkanlarını sənədləşdirmək
- Audit nəticələri üzrə hesabatlar hazırlamaq və müvafiq tövsiyələr təqdim etmək
- Təlimlərin keyfiyyətinin və effektivliyinin davamlı monitorinqini həyata keçirmək
- Daxili prosedurların və təlim tələblərinin tətbiqinə nəzarət etmək
- Xarici audit və yoxlamalara hazırlıq zamanı aidiyyəti sənədlərin və məlumatların hazırlanmasına dəstək vermək
Tələblər
- Ali təhsil (aviasiya, təhsil, idarəetmə, mühəndislik və ya əlaqəli sahələr üzrə)
- Audit və Compliance Monitoring prinsiplərini bilmək
- Cabin Crew və Aviasiya Təhlükəsizliyi üzrə əsas təlim tələblərini bilmək
- Təlim proqramlarının və tədris proseslərinin qiymətləndirilməsi prinsiplərini bilmək
- Audit sübutlarının toplanması, uyğunsuzluqların müəyyən edilməsi və hesabatların hazırlanması qaydalarını bilmək
- Düzəldici tədbirlərin idarə edilməsi və onların effektivliyinin qiymətləndirilməsi prinsiplərini bilmək
- Aviasiya sahəsində müvafiq ICAO, EASA və Azərbaycan Respublikasının normativ tələblərini bilmək