İşin təsviri
“MRS TRADE COMPANY” yə aid təmizlik vasitələri mağazalar şəbəkəsinə Ekspeditor axtarılır!
Vəzifə öhdəlikləri:
- Müəssisənin tapşırığı əsasında malların, məhsulların və digər materialların müəyyən edilmiş ünvana vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək.
- Anbardan və ya digər təhvil məntəqəsindən mal-materialları qəbul etmək və qəbul zamanı onların miqdarını, çeşidini, qablaşdırılmasını və sənədlərə uyğunluğunu yoxlamaq.
- Malları müşayiət edən sənədləri — qaimə, hesab-faktura, təhvil-təslim sənədi və digər sənədləri qəbul etmək və düzgünlüyünü yoxlamaq.
- Təhvil alınmış malların sənədlərdə göstərilən məlumatlara uyğun olaraq müştəriyə və ya digər təhvil alan şəxsə çatdırılmasını təmin etmək.
- Malları təhvil verərkən qarşı tərəfin malın qəbulunu təsdiq edən imza və digər zəruri rekvizitləri sənədlərdə qeyd etməsini təmin etmək.
- Daşınma zamanı malların itkisinin, zədələnməsinin və korlanmasının qarşısının alınması üçün tədbirlər görmək.
- Təhvil zamanı malın çatışmazlığı, artıq olması, zədələnməsi və ya sənədlərlə uyğunsuzluğu aşkar edildikdə dərhal rəhbərliyə məlumat vermək.
- Qaytarılan malların müəssisəyə qəbul edilməsi və müvafiq sənədlərlə rəsmiləşdirilməsini təmin etmək.
- Gün ərzində həyata keçirilmiş çatdırılmalar və təhvil verilmiş mallar barədə rəhbərliyə müəyyən edilmiş formada hesabat təqdim etmək.
- Müəssisəyə məxsus mal-materialların və sənədlərin təhlükəsizliyini təmin etmək.
- Müştərilərlə münasibətdə nəzakətli və peşəkar davranmaq, müəssisəni düzgün təmsil etmək.
- Marşrut üzrə çatdırılmaların vaxtında həyata keçirilməsini təmin etmək və gecikmə yarandıqda rəhbərliyə məlumat vermək.
Tələblər:
- Yaş həddi: 30-35
- Cinsi: kişi
- Xırdalan ərazisində yaşayanlara üstünlük veriləcək
- Şəxsi avtomobili olan
- Qeyri qida və ümumi satış sahəsində təcrübəsi olan,
- Bakı şəhəri ərazisini yaxşı tanıyan şəxslər müraciət edə bilər
- İşində peşəkar, məsuliyyətli və bacarıqlı olan
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xırdalan şəhəri
- İş saatı: 6 gün
- Rəsmi əmək müqaviləsi;
- Əmək haqqı – 400 AZN + bonus
Maraqlanan namizədlər öz CV-lərini info@minorgroup.az elektron poçt ünvanına göndərə bilərlər.