Texniki Ofis və Sənədləşmə üzrə mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata keçirmək;
Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək, uyğunluğunu yoxlamaq;
Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq və smeta sənədlərini hazırlamaq;
Görülmüş işlər üzrə Forma-2 sənədlərini hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq;
Faktiki iş həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək;
Podratçı və subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək;
Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara uyğunluğunu izləmək;
Texniki hesabatların, aktların və digər layihə sənədlərinin hazırlanmasını təmin etmək;
Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək;
Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Tələblər
- Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil
- Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi
- Layihə çertyojlarını oxumaq və iş həcmlərini hesablamaq bacarığı
- Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə
- Podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər
- AutoCAD və MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı
- Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı
Oxşar elanlar
- System AdministratorEsyasoft CIS · Dünən
- SƏTƏM üzrə kiçik mühəndisCapital Construction MMC · Dünən
- Sex RəisiXırman MMC · Dünən
- Cədvəl üzrə mühəndis / Bronlaşdırmaya nəzarət şöbəsi / Gəlirlərin Optimallaşdırılması İdarəsiAzərbaycan Hava Yolları (AZAL) · Dünən
- TexnoloqAvrora · Dünən
- NOC/SOC LeadEsyasoft CIS · Dünən