Məzmuna keçin
Modern Engineering Bureau of Azerbaijan yerləşdirilib

Satınalma sektorunun müdiri

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət;

Layihələr və struktur bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin hazırlanması;

Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması;

Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi;

Təkliflərin qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin təşkili;

Təchizatçı və podratçılarla kommersiya danışıqlarının aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması;

Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin və müqavilə öhdəliklərinin icrasının izlənilməsi;

Sifarişlərin istehsal, yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;

Logistika, anbar, maliyyə və texniki bölmələrlə satınalma proseslərinin əlaqələndirilməsi;

Satınalma xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;

Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması;

Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
  • Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma təcrübəsi
  • Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və Incoterms üzrə biliklər
  • Texniki spesifikasiyalar və kommersiya təklifləri ilə işləmək bacarığı
  • MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək
  • Komandanın idarə edilməsi, danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı

Üstünlük hesab olunur

  • Rus dili biliyi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →