Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərliyi həyata keçirmək;
İnfrastruktur və kənd təsərrüfatı suvarma sistemləri (su kanalları, boru kəmərləri, hidrotexniki qurğular və s.) üzrə tikinti işlərini idarə etmək;
Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə, texniki şərtlərə və qüvvədə olan normativ tələblərə uyğun icrasını təmin etmək;
Layihələrin təsdiq edilmiş iş qrafikinə, büdcəsinə və keyfiyyət standartlarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
Podratçı və subpodratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
Tikinti sahələrində işçi qüvvəsi, texnika, avadanlıq və material resurslarının səmərəli istifadəsini təşkil etmək;
Tikinti sənədlərinin, icra aktlarının, Forma №2 və digər texniki hesabatların hazırlanmasına və yoxlanılmasına nəzarət etmək;
Layihə üzrə yaranan texniki və təşkilati problemlərin operativ həllini təmin etmək;
Tikinti sahələrində əməyin mühafizəsi, texniki və sənaye təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Layihələrin icra vəziyyəti və görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələblər
- İnşaat mühəndisliyi, hidrotexnika və ya müvafiq sahə üzrə ali təhsil
- Tikinti sahəsində minimum 10 il idarəetmə təcrübəsi
- İnfrastruktur, hidrotexniki qurğular və kənd təsərrüfatı suvarma sistemlərinin tikintisi üzrə praktiki iş təcrübəsi
- Su kanalları, suvarma şəbəkələri, boru kəmərləri və digər mühəndis-kommunikasiya sistemlərinin tikintisi üzrə biliklər
- Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, dövlət tikinti normativləri (AzDTN), texniki şərtlər və standartlar üzrə biliklər
- Tikinti sənədləşməsi, icra sənədləri, aktlar və Forma №2 sənədlərinin hazırlanması və yoxlanılması üzrə təcrübə
- Tikinti layihələrinin planlaşdırılması, iş qrafiklərinin hazırlanması, büdcə və resursların idarə edilməsi bacarığı
- AutoCAD, MS Office (xüsusilə Excel) və MS Project proqramlarında işləmək bacarığı
- Podratçı və subpodratçıların işinin idarə edilməsi, komandaya rəhbərlik və koordinasiya bacarıqları
- Analitik düşünmə, operativ qərarvermə və yüksək təşkilatçılıq qabiliyyəti
- B kateqoriyalı sürücülük vəsiqəsi və regionlara, tikinti sahələrinə ezamiyyətlərə hazır olma
Oxşar elanlar
- İnşaat Mühəndisi (Region)OBA Market MMC · Bu gün
- İnşaat Mühəndisi (Region)OBA marketlər şəbəkəsi · Dünən
- MemarKristal · 4 gün əvvəl
- Sahə rəisiCapital Construction MMC · 5 gün əvvəl
- Sahə MemarıPASHA Real Estate Group · 5 gün əvvəl
- Smeta mühəndisiAzinvest İnşaat · 6 noyabr 2026