Vakansiya haqqında
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Təchizat Müdiri tələb olunur.
İş şəraiti:
Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
Əmək haqqı: 2000 - 3000 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş qrafiki: Tam iş günü (5 gün)
İş saatı: 09:00 – 18:00
Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin material və xidmətlərə olan tələbatını müəyyən etmək, illik və aylıq təchizat planlarını hazırlamaq;
Təchizat büdcəsini idarə etmək, xərclərə nəzarət etmək və optimallaşdırma təklifləri vermək;
Təchizat zənciri proseslərinin fasiləsizliyini təmin etmək;
Şirkətdaxili təchizat sorğularının vaxtında işlənməsini və icrasını təmin etmək;
Təmir-tikinti işləri üzrə material və xidmətlərin təchizatını təşkil etmək;
Metal məmulatları, kvadrat profillər, borular, armatur və digər tikinti materiallarının təchizatını həyata keçirmək;
Təchizatçılarla danışıqlar aparmaq, qiymət təkliflərini toplamaq və müqayisə etmək;
Təmir-tikinti işləri üzrə smetaların hazırlanması və podrat müqavilələri ilə işləmək.
Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil və Təchizat sahəsində rəhbər vəzifədə minimum 2-3 il iş təcrübəsi
- Təmir-tikinti işləri üzrə bilik və təcrübə
- Metal məmulatları, kvadrat profillər və digər tikinti materialları haqqında məlumatlı olmaq
- Smeta və podrat müqavilələri ilə işləmək bacarığı
- Təchizatçılarla danışıqlar aparmaq və qiymət təkliflərini müqayisə etmək bacarığı
- MS Office, xüsusilə Excel bilikləri
- Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı
- Ezamlara və şəhər daxili yollanışlara açıq olmaq
Oxşar elanlar
- Anbardar köməkçisiMinor Electronics · Bu gün
- BəyannaməçiMətanət A Şirkətlər Qrupu · Bu gün
- Satınalma sektorunun müdiriModern Engineering Bureau of Azerbaijan · Bu gün
- Piyada kuryerAVİS Tibbi Marketlər Şəbəkəsi · Dünən
- Sürücü köməkçisiŞirniyyat İstehsalı · Dünən
- SürücüKhazar University Dunya IB School · Dünən