Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şagirdlərin A korpusundan digər korpuslara təhlükəsiz və vaxtında daşınmasını təmin etmək;
Şagirdlərin gündəlik gəzintilərə, ekskursiyalara və məktəbdənkənar tədbirlərə daşınmasını həyata keçirmək;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki baxış və servis xidmətlərinin vaxtında həyata keçirilməsini təmin etmək;
Nəqliyyat vasitəsini daim təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlamaq;
Şagirdlərin nəqliyyat vasitəsinə təhlükəsiz minib-düşməsinə nəzarət etmək;
Daşınma zamanı yol hərəkəti və sərnişin təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
Nəqliyyat vasitəsində yaranan nasazlıqlar və digər problemlər barədə birbaşa rəhbəri vaxtında məlumatlandırmaq;
Rəhbərlik tərəfindən verilən və əmək funksiyasına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Dünya Məktəbi
İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
Əmək haqqı: 700 AZN (NET)
Məşğulluq forması: Tam ştat
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- D kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
- Sürücü vəzifəsində minimum 3 il iş təcrübəsi
- Bakı şəhərinin yollarını və əsas marşrutlarını yaxşı bilmək
- Yol hərəkəti qaydalarını mükəmməl bilmək və onlara ciddi riayət etmək
- Məsuliyyətli, intizamlı, səbirli, dürüst və punktual olmaq
- Uşaqlarla ünsiyyətdə nəzakətli və diqqətli davranmaq
Üstünlük hesab olunur
- Sərnişin, xüsusilə şagird daşınması sahəsində təcrübənin olması üstünlükdür
Oxşar elanlar
- Avtovoz sürücüsüOkean Avtosalon · Dünən
- Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma MüdiriOBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- Anbar işçisiGrand Motors Company · 3 gün əvvəl
- Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma MüdiriOBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- Şirniyyat Ədədli Kateqoriyası üzrə İstehsalat və Satınalma MüdiriOBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- ProdüserKontakt Home · 3 gün əvvəl