Şirniyyat Ədədli Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
- Şəhər
- Bakı
Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
İstehsalat təcrübəsi ilə nəzarət: Şirniyyat ədədli kateqoriyasındakı (konfetlər, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər ədədli şirniyyat məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.
Xammal auditi: Şəkər, un, kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza/invert şərbəti, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
Strateji satınalma: Şirniyyat ədədli kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Şirniyyat və qənnadı məmulatlarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə
- Sektor və bazar biliyi: Şirniyyat və qənnadı məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək
- Texnoloji proses: Xammalın hazırlanması və dozalanması, qarışdırma, yoğurma, bişirmə, formalaşdırma, bişirilmə, soyutma, krem və içlik hazırlanması, şokoladlama/qlazurlama, dekorasiya və qablaşdırma proseslərini bilmək
- Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq
- Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
- Vakansiya növü - Tam ştat
Oxşar elanlar
- SürücüKhazar University Dunya IB School · Bu gün
- Avtovoz sürücüsüOkean Avtosalon · Dünən
- Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma MüdiriOBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- Anbar işçisiGrand Motors Company · 3 gün əvvəl
- Konserva Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma MüdiriOBA marketlər şəbəkəsi · 3 gün əvvəl
- ProdüserKontakt Home · 3 gün əvvəl