Məzmuna keçin
OBA marketlər şəbəkəsi yerləşdirilib

Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Şəhər
Bakı

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

İstehsalat təcrübəsi ilə nəzarət: Çörək və un məmulatları kateqoriyasındakı (çörək, baton, lavaş, bulka, kruassan, piroq, keks, peçenye, suxari və digər un məmulatları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.

Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (nəmlik, turşuluq, xəmirin qalxması, çörəyin həcmi, məsaməlilik, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.

Xammal auditi: Buğda unu, maya, duz, şəkər, yağlar, süd məhsulları, yumurta məhsulları, yaxşılaşdırıcılar, fermentlər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

Strateji satınalma: Çörək və un məmulatları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.

Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.

Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, əmək, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Tələblər

  • Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Çörək və un məmulatlarının texnologiyası, Taxıl və taxıl məhsullarının texnologiyası və ya müvafiq texniki sahə
  • Sektor və bazar biliyi: Çörək və un məmulatları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək
  • Xammal üzrə bilik: Buğda unu, maya, duz, şəkər, bitki və heyvan mənşəli yağlar, süd məhsulları, yumurta məhsulları, gluten, fermentlər, yaxşılaşdırıcılar və digər xammalların xüsusiyyətlərini bilmək
  • Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, dozalanma, xəmirin hazırlanması və yoğrulması, fermentasiya, formalaşdırma, mayalandırma, bişirmə, soyutma, dilimləmə və qablaşdırma proseslərini bilmək
  • Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
  • Vakansiya növü - Tam ştat

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →