Məzmuna keçin
Army Group yerləşdirilib

Auditor-Checklist (Mağazalarda Vitrin və Qiymət Nəzarəti üzrə

Maaş
800 – 1 200 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində dəqiq olan Auditor-Checklist (Mağazalarda Vitrin və Qiymət Nəzarəti üzrə tələb olunur.

Vəzifənin əsas məqsədi:

Mağazalarda məhsulların vitrin və rəflərdə düzgün yerləşdirilməsinə, qiymət etiketlərinin uyğunluğuna, məhsulların vizual təqdimatına və müəyyən edilmiş satış standartlarına riayət olunmasına nəzarət etmək.

İş şəraiti:

Ünvan: Bakı-Şamaxı şosesi, Hökməli dairəsi

Əmək haqqı: 800 - 1200 AZN (Müsahibə əsasında dəyişə bilər)

İş qrafiki: Tam iş günü (5 gün)

İş saatı: 09:00 – 18:00

Təklif edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.

Əsas vəzifə öhdəlikləri:

Mağazalarda vitrin və rəflərin düzülüşünü yoxlamaq.

Məhsulların müəyyən edilmiş standartlara uyğun yerləşdirilməsinə nəzarət etmək.

Qiymət etiketlərinin mövcudluğunu və düzgünlüyünü yoxlamaq.

Rəf qiymətləri ilə kassa qiymətlərini müqayisə etmək.

Kampaniyalı məhsulların düzgün təqdimatını yoxlamaq.

Məhsul çeşidini və boş rəfləri yoxlamaq.

Yoxlamaları checklist əsasında aparmaq.

Aşkarlanmış nöqsanları fotoşəkillərlə qeydə almaq.

Audit nəticələrini hesabat şəklində rəhbərliyə təqdim etmək.

Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi
  • Audit üzrə əməliyyatları qeydə almaq və hesabatları hazırlamaq bacarığı
  • Microsoft Office proqramlarını (Excel, Word) yaxşı bilmək
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
  • Cins üzrə məhdudiyyət nəzərdə tutulmur

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →