Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Minimum 2 il iş təcrübəsi
  • Problem həll etmək bacarığına malik
  • Daim öyrənməyə meyilli
  • MS Office (Word, Excel) – orta səviyyə,
  • elektron avadanlıqların diaqnostikası üçün istifadə olunan proqram təminatları ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri

  • Elektron avadanlıqların (ödəniş terminalları və digər elektron cihazların) texniki baxışının keçirilməsi və nasazlıqların aradan qaldırılması
  • Cihazların düzgün, təhlükəsiz və fasiləsiz işləməsinin təmin edilməsi
  • Gündəlik texniki yoxlamaların aparılması və yaranan problemlərin operativ şəkildə həll olunması
  • Nasazlıqların səbəblərinin müəyyən edilməsi və profilaktik tədbirlərin görülməsi
  • Texniki xidmət və təmir işlərinin vaxtında icra olunması
  • Görülən işlər üzrə hesabatların hazırlanması və aidiyyəti şəxslərə təqdim edilməsi
  • Lazım olduqda proqram təminatı yenilənmələrinin və sazlama işlərinin həyata keçirilməsi
  • Avadanlıqların istismarı zamanı daxili prosedur və təhlükəsizlik qaydalarına riayət olunması
  • Yeni quraşdırılan cihazların ilkin yoxlanılması və istifadəyə hazırlanması

İş şəraiti:

  • İş rejimi həftənin 6 günü (şənbə günü qısa iş günüdür);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar xərcinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi hr@mpay.az elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə məktubun mövzu adı yerində “Elektronçu” yazılmalıdır.