Vakansiya haqqında
NAM Academy komandamıza peşəkar SAT Math müəllimi axtarırıq. Akademiyamızda tələbələrin SAT imtahanına yüksək səviyyədə hazırlanmasında iştirak edəcək, bilik və təcrübəsinə güvənən müəllimlə əməkdaşlıq etmək istəyirik.
Əsas vəzifələr
SAT Math proqramı üzrə dərslərin təşkili və tədrisi;
Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və inkişafının izlənilməsi;
SAT imtahanının formatına uyğun test və praktiki tapşırıqların hazırlanması;
Tədris materiallarının hazırlanması və müasir tədris metodlarından istifadə.
İş şəraiti
İş yeri: NAM Academy;
İş qrafiki və əməkhaqqı namizədin təcrübəsi və qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- SAT imtahanının strukturu və qiymətləndirmə sistemi üzrə məlumatlı olmaq
- Riyazi anlayışları aydın və sistemli şəkildə izah etmək bacarığı
- Tələbələrlə effektiv ünsiyyət qurmaq və fərdi yanaşma nümayiş etdirmək
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq
- Akademiyanın sosial media hesabları üçün hazırlanan video çəkilişlərdə iştirak etmək
- Kamera qarşısında sərbəst danışmaq və fikirlərini aydın ifadə etmək bacarığı
Oxşar elanlar
- Ассистент учителя начальных классовLandau Education Group · Bu gün
- English Teacher (Secondary International)Landau Education Group · Bu gün
- Computer Science Teacher (Secondary International)Landau Education Group · Bu gün
- Mathematics TeacherHeydər Əliyev adına Müasir Təhsil Kompleksi · Dünən
- Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)Heydər Əliyev adına Müasir Təhsil Kompleksi · 3 gün əvvəl
- History TeacherLandau Education Group · 3 gün əvvəl