Material mühəndisi (bölgələrVə)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəifə Öhdəlikləri

  • Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
  • Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
  • İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
  • Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması.
  • Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.
  • Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi.
  • Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.
  • Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
  • Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması.
  • Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi.
  • Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi.
  • İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.
  • İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.
  • İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.
  • Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
  • Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması.
  • KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.
  • Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi.
  • İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.

Tələblər

  • Mühəndislik üzrə bakalavr dərəcəsi
  • Müvafiq iş təcrübəsi minimum 2 il

Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Material mühəndisi (bölgələr)” başlığı ilə göndərməklə edə bilərsiniz.