Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
- Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
- İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
- Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması.
- Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.
- Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi.
- Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.
- Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
- Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması.
- Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi.
- Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi.
- İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.
- İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.
- İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.
- Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
- Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması.
- KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.
- Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi.
- İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.
Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi
- Müvafiq iş təcrübəsi minimum 3 il
Muraciətinizi (e-poçt «Müraciət et» düyməsində) və ya (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanlarına “Material mühəndisi ((Müşfiqabad q.)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Əlavə məlumat
- Təcrübə: 3-4 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Terminallarla iş üzrə mütəxəssisATB Bank · Bu gün
- Sahə MühəndisiPASHA Real Estate Group · Bu gün
- Quality Control Inspector (Offshore)IRES · 5 gün əvvəl
- Proqram təminatı üzrə dəstək mütəxəssisiUltra Technologies · 5 gün əvvəl
- Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)TuranBank ASC · 5 gün əvvəl
- Keyfiyyətə nəzarət üzrə mütəxəssisAzza Gastronom · 5 gün əvvəl