Vakansiya haqqında
Azersun Holding-in tərkibinə daxil olan Bazarstore MMC-yə Memar tələb olunur!
Əmək funksiyaları:
- Ticarət obyektlərinin, inzibati və digər təyinatlı binaların memarlıq layihələrini hazırlamaq;
- Layihələrin müəyyən edilmiş vaxt çərçivəsində hazırlanmasını təmin etmək;
- Obyektlərdə ölçü işlərini aparmaq;
- İlkin eskiz layihələrini hazırlamaq;
- Memarlıq planlarını hazırlamaq.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Memarlıq sahəsində 1–3 il iş təcrübəsi;
- ArchiCAD, AutoCAD, 3ds Max və digər müvafiq kompüter proqramlarını bilmək;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
- İş qrafiki: Bazar ertəsi–Cümə, saat 09:00–18:00;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- İş mühiti: Pərakəndə sektorun aparıcı şirkətlərindən olan Bazarstore MMC-də dinamik və peşəkar korporativ mühit.
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi — Bazarstore MMC-nin korporativ ofisi.
CV-nizi (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Memar” qeyd etməyiniz xahiş olunur.
Əlavə məlumat
- Təcrübə: 3-4 il
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Memar (İnteryer)Facility Management Group · 29 oktyabr 2026
- İstismar xidmətləri üzrə texnik (havalandırma)PASHA Property Management · 2 gün əvvəl
- Senior Mechanical Design EngineerPASHA Real Estate Group · 2 gün əvvəl
- Sahə mühəndisiBaku Electronics · 2 gün əvvəl
- İT Texnik (kabelleşmə)OBA Market MMC · 2 gün əvvəl
- İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisGuven Technology LLC · 2 gün əvvəl