Süni Qurğular üzrə Layihəçi Mühəndis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Avtomobil yollarında kiçik süni qurğuların (suötürücü boruların) layihələndirilməsi;
  • Avtomobil yollarında kiçik körpülərin (L ≤ 25,0 m) layihələndirilməsi;
  • Dəmir-beton konstruksiya elementlərinin həcmlərinin hesablanması;
  • Dəmir-beton konstruksiyaların armaturlanma cizgilərinin işlənilməsi;
  • Layihə üzrə süni qurğuların yekun siyahısının və iş həcmləri cədvəllərinin hazırlanması;
  • Layihəyə aid izahat yazısının hazırlanması;
  • Layihəyə aid işçi layihə komplektinin hazırlanması.

Tələblər

  • İnşaat mühəndisliyi üzrə ali təhsil (əsasən Yol İnşaatı, Körpülər və Tunellər ixtisası üzrə);
  • Avtomobil yollarının və süni qurğuların layihələndirilməsi üzrə ən azı 3 il iş təcrübəsi;
  • Dəmir-beton konstruksiyaların layihələndirilməsi və armaturlanması üzrə biliklər;
  • Süni qurğuların suötürücülük və hidravlik hesablamalarını aparmaq bacarığı;
  • Hazırda qüvvədə olan layihələndirmə norma və qaydalarını bilmək;
  • Microsoft Word, Excel və digər ofis proqramlarında işləmək bacarığı;
  • AutoCAD, Revit və digər kompüter qrafik proqramlarında işləmək bacarığı.

Muraciətinizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Süni Qurğular üzrə Layihəçi Mühəndis” başlığı ilə göndərməklə edə bilərsiniz.