İşə qəbul üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Nur Collection MMC “İşə qəbul üzrə mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi: 13:00 – 14:00
  • Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)

Əsas Vəzifələr:

  • Şirkətin mağazaları üzrə işçi tələbatını müəyyən etmək və işə qəbul planını icra etmək;
  • Mağaza rəhbərləri ilə mütəmadi əlaqə saxlamaq, aktiv və planlaşdırılan vakansiyaları müəyyən etmək, işçi ehtiyaclarını operativ şəkildə qarşılamaq;
  • Vakansiya elanlarını hazırlamaq, uyğun platformalarda paylaşmaq və mütəmadi yeniləmək;
  • CV-lərin təhlilini aparmaq, namizədlərin ilkin seçim və müsahibə mərhələlərini təşkil etmək;
  • Müsahibələri planlaşdırmaq, namizədləri qiymətləndirmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
  • İş təklifi prosesini koordinasiya etmək və namizədlərlə davamlı kommunikasiya aparmaq;
  • Uğursuz namizədlərə seçim prosesinin nəticələri ilə bağlı vaxtında və peşəkar şəkildə geridönüş vermək;
  • Açıq Qapı Günləri və kütləvi işə qəbul tədbirlərini təşkil etmək və koordinasiya etmək;
  • Şirkəti karyera sərgilərində, universitet tədbirlərində və digər işə qəbul platformalarında təmsil etmək;
  • İşdən ayrılan əməkdaşlarla çıxış (Exit) müsahibələri keçirmək, əldə olunan məlumatları analiz etmək və rəhbərliyə təkmilləşdirmə təklifləri təqdim etmək;
  • Əmək bazarını və fashion retail sektorundakı işə qəbul trendlərini izləmək, yeni namizəd cəlbetmə kanallarını araşdırmaq;
  • HR sənədləşməsini və işə qəbul prosesinin şirkətin daxili prosedurlarına uyğun icrasını təmin etmək;
  • Employer Branding fəaliyyətlərinin həyata keçirilməsində və şirkətin işəgötürən brendinin gücləndirilməsində aktiv iştirak etmək.

Namizədə tələblər:

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İşə qəbul sahəsində minimum 1 il iş təcrübəsi (Retail sahəsində təcrübə üstünlükdür);
  • Müsahibələrin keçirilməsi, namizəd qiymətləndirilməsi və kompetensiya əsaslı müsahibə metodları üzrə biliklər;
  • İşə qəbul platformaları, sosial media və alternativ namizəd cəlbetmə kanalları ilə işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür;
  • Güclü kommunikasiya, təqdimat, təşkilatçılıq və analitik düşünmə bacarıqları;
  • Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və komanda ilə effektiv işləmək bacarığı.

Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə, hr@nurcollection.az elektron ünvanına göndərə bilərlər.