İşin təsviri
Təsvir
- Bazar və qiymət araşdırmasının aparılacağı ərazilərin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabatların hazırlanmasını təmin etmək.
- Əməkdaşların gündəlik ərazi bölgüsünü müəyyən etmək, araşdırma prosesinin icrasına nəzarət etmək.
- Gündəlik olaraq Təzə Məhsullar kateqoriyası üzrə aparılan qiymət araşdırmalarının nəticələrini toplamaq, yoxlamaq və yekun nəticələri hazırlamaq.
- Həftəlik qiymət araşdırmalarının nəticələrini toplamaq, məlumatların düzgünlüyünü yoxlamaq və zəruri hallarda təkrar yoxlamaların aparılması üçün müvafiq tapşırıqlar vermək.
- Toplanmış məlumatlar əsasında hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.
- Gündəlik və həftəlik araşdırmaların nəticələrinə əsasən qiymət dəyişikliklərini izləmək, zəruri hallarda müvafiq qiymət dəyişikliklərinin həyata keçirilməsini tələb etmək və prosesə nəzarət etmək.
Tələblər
- Ali təhsil;
- Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
- MS Excel proqramında işləmə bacarığı;
- Hesabatların hazırlanması və məlumatların təhlili üzrə bacarıqlar;
- Diqqətlilik və yüksək dəqiqlik;
- Planlama və iş bölgüsünü təşkil etmə bacarığı;
- Komanda ilə işləmə və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
- Vaxtın düzgün idarə edilməsi və operativ qərarvermə bacarığı;
- Pərakəndə satış və qiymət araşdırması sahəsində təcrübə arzuolunandır.