İşin təsviri
Təsvir
- Təyin edilmiş mağazalarda bakery proseslərinin şirkət standartlarına və əməliyyat qaydalarına uyğun icrasına nəzarət etmək
- Yeni açılan mağazalarda bakery avadanlıqlarının tam, düzgün və vaxtında quraşdırılmasını təmin etmək
- Avadanlıqların işə salınması və istifadəyə verilməsi proseslərində operativ texniki və əməliyyat dəstəyi göstərmək
- Təchizat və xammal gecikmələri zamanı mağazalarla koordinasiyanı təmin etmək və yerində operativ həllər təqdim etmək
- Mağaza əməkdaşları üçün bakery prosesləri üzrə praktiki və nəzəri təlimlər keçirmək
- Yeni işə başlayan əməkdaşların proseslərə adaptasiyasına dəstək göstərmək və ilkin yönləndirməni təmin etmək
- Mağazalarda mütəmadi sahə yoxlanışları aparmaq və proseslərin effektivliyini qiymətləndirmək
- Aşkarlanmış proses uyğunsuzluqları üzrə korrektiv tədbirlər həyata keçirmək və icrasına nəzarət etmək
- Satış göstəriciləri zəif olan mağazaları müəyyən etmək, səbəbləri analiz etmək və inkişaf tədbirləri hazırlamaq
- Satışların artırılması və məhsul silinmələrinin minimuma endirilməsi istiqamətində təkliflər vermək
- Promotorların gündəlik fəaliyyətinə nəzarət etmək və iş koordinasiyasını təmin etmək
- Görülmüş işlər, sahə yoxlanışları və nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq
- Bakery sahəsində əməliyyat keyfiyyətinin davamlı inkişafı üçün təşəbbüslərlə çıxış etmək
Tələblər
- Ali təhsil (Qida təhlükəsizliyi və texnologiyası,Biznesin idarəedilməsi,Menecment olması üstünlük)
- Pərakəndə satış, bakery, food retail və ya əməliyyat sahəsində minimum 2–3 il iş təcrübəsi
- Bakery prosesləri, istehsal axını və əməliyyat standartları üzrə praktiki biliklər
- Mağaza əməliyyatları və sahə idarəetməsi üzrə təcrübə
- Analitik düşünmə, hesabat hazırlama və nəticəyönümlü analiz bacarığı
- Əməliyyat proseslərində yaranan problemləri operativ şəkildə həll etmə və koordinasiya etmə bacarığı
- Təlim keçirmək, prosesləri izah etmək və əməkdaşların inkişafına dəstək göstərmək bacarığı
- Sahə yoxlanışları aparmaq və proseslərə nəzarət etmək üzrə təcrübə
- Yüksək kommunikasiya, komanda ilə işləmə və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, çevik və sahə yönümlü iş prinsipi
- Satış göstəricilərinin təhlili və inkişaf imkanlarının müəyyənləşdirilməsi üzrə bacarıq üstünlük hesab olunur
- Şəxsi avtomobilin olması üstünlükdür