Təmir-Tikinti Layihə rəhbəri( Cari təmir, əmək şəraiti)

İşin təsviri

-Struktur bölmənin iş fəaliyyəti prosesinə rəhbərlik etmək -Təmir-tikinti və layihə işlərinin aparılması üçün aidiyyatı strukturlarla əlaqə saxlamaq -Yeni təmir-tikinti obyektlərinə texniki baxışın təşkil edilməsini həyata keçirmək,smeta xərcinin hesablanmasını təmin etmək -Texnoloji avadanlıqlardan,tikinti maşınlarından,energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadənin təmin edilməsinə nəzarət etmək -Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət etmək -İstehsalın mühəndis hazırlığının,inşaat texnikası istismarının,təmir və modernləşdirilməsinin təmin edilməsinə nəzarət etmək

Tələblər

Ali təhsil (Tikinti, Mühəndislik və ya əlaqəli sahə üzrə)

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

MS Office (Excel-yaxşı səviyyədə)

Layihələndirmə, smeta və tikinti prosesləri üzrə biliklər

Tikinti normativləri və təhlükəsizlik qaydaları haqqında biliklər

Komanda idarəetmə və təşkilatçılıq bacarığı