Facility Management Group yerləşdirilib
Binaların idarə edilməsi və istismarı üzrə koordinator
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- Tibb xidmətinin təşkili şöbəsi/ Həkim koordinatorAzərbaycan Hava Yolları (AZAL) · 28 oktyabr 2026
- MemarNimex · 2 gün əvvəl
- MemarBaku City Residences · 2 gün əvvəl
- Draftsman – Shore Pull & Onshore ConstructionIRES · 5 gün əvvəl
- Tikinti layihələrinin idarə olunması üzrə köməkçiPMD Group MMC · 5 gün əvvəl
- Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi)Real İnşaat MMC · 6 gün əvvəl
Vakansiya haqqında
Təsvir
Portfoliomuza daxil olan binaların gündəlik fəaliyyətlərini səmərəli və fasiləsiz idarə edəcək təcrübəli və proaktiv koordinator axtarırıq. Bu rolun məqsədi təhkim edilən bina üzrə icarəçi və sakinlərin müştəri olaraq məmnuniyyətini təmin etmək üçün binanı (binaları) optimal şəkildə idarə etməkdən ibarətdir.
- Təhkim olunmuş binada işçi heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək və işlərin vaxtında icrasını təmin etmək;
- Telekommunikasiya, istilik, elektrik, havalandırma və digər mühəndis sistemləri üzrə texniki xidmət və təmir proseslərini planlaşdırmaq, nəzarət etmək və əlaqələndirmək;
- Binanın konstruksiya və infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi məqsədilə mütəmadi texniki baxışları tətbiq etmək və aşkarlanan nasazlıqlar üzrə korrektiv tədbirləri təşəbbüs etmək;
- Kommunal xidmətlərin istehlakını təhlil etmək, xərc optimallaşdırılması və enerji səmərəliliyi üzrə təkliflər hazırlamaq;
- Parkinq idarəçiliyi, tullantıların utilizasiyası, binanın təhlükəsizliyi, təmizlik və digər əməliyyat xidmətlərinə nəzarət etmək;
- Sığorta planları, xidmət müqavilələri və üçüncü tərəf təminatçıları ilə əlaqələri idarə etmək;
- Maliyyə və qeyri-maliyyə əməliyyatlarını, texniki xidmət qrafiklərini, aktları və digər sənədləri dəqiq və sistemli şəkildə qeydiyyata almaq və yeniləmək.
Tələblər
- Ali təhsil (mühəndislik, texniki və ya idarəetmə sahələrinə üstünlük verilir);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühəndislik, texniki infrastruktur və bina istismarı üzrə baza bilikləri;
- Mühasibat uçotu və maliyyə prinsipləri haqqında əsas anlayışlar;
- Əla şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif tərəflərlə effektiv əməkdaşlıq etmək bacarığı;
- Güclü analitik düşünmə, problemlərin operativ qiymətləndirilməsi və məntiqli qərarvermə bacarığı;
- Çoxsaylı tapşırıqları paralel idarə etmək və dinamik mühitə adaptasiya olmaq qabiliyyəti.
Əlavə məlumat
- Təcrübə: 3 il
- Təhsil: Bakalavr