Məzmuna keçin
OBA marketlər şəbəkəsi yerləşdirilib

Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis

Şəhər
Bakı

Vakansiya haqqında

Təsvir

Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək;

Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək;

Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;

İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq;

Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək;

İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;

Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;

İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;

ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;

Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.

Tələblər

  • Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə
  • İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi
  • Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması
  • ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı
  • Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı
  • Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı
  • Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik
  • Vakansiya növü - Tam ştat

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →