Vakansiya haqqında
Şirkətimiz məlumat əsaslı qərarların qəbulunda aktiv rol oynayacaq, strateji düşünən və nəticəyönümlü Marketinq Analitiki axtarır.
Əsas vəzifələr
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlilinin aparılması;
Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Satış və marketinq göstəricilərinin təhlili, analitik hesabatların hazırlanması;
Yeni bazar imkanlarının müəyyənləşdirilməsi və inkişaf strategiyalarının hazırlanması;
Məlumatların təhlili əsasında innovativ marketinq həlləri və yeni ideyaların irəli sürülməsi;
Marketinq və satış komandaları ilə sıx əməkdaşlıq edərək biznes nəticələrinin yaxşılaşdırılmasına dəstək göstərilməsi.
Bazar araşdırmaları və monitorinqlər üçün əraziyə çıxış etmək.
İş şəraiti
İş saatı: 09:00-18:00
İş qrafiki – 5 gün
Əmək haqqı qarşılıqlı razılaşma əsasinda.
Maraqlanan namizədlər öz CV-lərini M üraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Marketinq, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq analitikası və ya oxşar sahədə minimum 3-5 il iş təcrübəsi
- MS Excel proqramını yüksək səviyyədə bilməsi
- 1C proqramında işləmək bacarığı
- Güclü analitik və strateji düşünmə bacarığı
- Kreativ düşüncə tərzi, təşəbbüskarlıq və yeni ideyalar formalaşdırmaq bacarığı
- Riskləri düzgün qiymətləndirərək çevik qərarlar qəbul etmək bacarığı
- Yüksək məsuliyyət, operativlik və nəticəyönümlü yanaşma
Üstünlük hesab olunur
- Power BI, Google Analytics 4 (GA4), Looker Studio və ya digər analitik platformalar üzrə bilik üstünlükdür
Oxşar elanlar
- Rəqəmsal Marketinq mütəxəssisi (targetoloq)Qalan AZ · Bu gün
- Kontent üzrə mütəxəssis /Olivia (Kosmetika və baxım)Kontakt Home · Bu gün
- SMM & Account ManagerArash Company · 5 gün əvvəl
- Marketinq üzrə Baş mütəxəssisGuven Technology LLC · 6 gün əvvəl
- Marketinq meneceriArash Company · 6 gün əvvəl
- Редактор контента и модераторGun.az · 4 noyabr 2026