Məzmuna keçin
Omnitech yerləşdirilib

Texnik-elektronçu

Şəhər
Bakı

Vakansiya haqqında

İş şəraiti

Əməkhaqqı: Başlanğıc 1200 AZN

Ünvan: Bakı şəhəri

İş ünvanı: Əhməd Rəcəbli küçəsi 2/26

İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00

"OMNITECH" MMC komandası Kassa aparatlarının və digər elektron avadanlıqların diaqnostikası və təmiri sahəsində təcrübəli və məsuliyyətli Texnik-elektronçu axtarırıq.

Vəzifə öhdəlikləri:

Avadanlıqların təmiri: Kassa aparatlarının və digər elektron avadanlıqların sökülməsi, yığılması və təmiri.

Diaqnostika: Elektron platalarda, qida, enerji təchizatı və şarj dövrələrində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması.

Komponentlərin dəyişdirilməsi: Elektron komponentlərin yoxlanılması və yenilənməsi.

Lehimləmə işləri: Lehimləmə və elektron platalar üzərində təmir işlərinin aparılması.

Test mərhələsi: Təmir edilmiş avadanlıqların tam saz vəziyyətdə yoxlanılması və test edilməsi.

Tələblər

  • Nəzəri biliklər: Elektronika və elektron plataların iş prinsipləri haqqında bilik
  • Cihazlarla iş bacarığı: Lehimləmə, termohava lehimləmə stansiyası, multimetr və digər ölçü cihazlarından sərbəst istifadə bacarığı
  • Praktiki təcrübə: SMD komponentlərin, mikrosxemlərin və konnektorların dəyişdirilməsi üzrə praktiki bacarıq və elektron avadanlıqların təmiri sahəsində iş təcrübəsi
  • Şəxsi keyfiyyətlər: Texniki nasazlıqları müstəqil müəyyən etmək bacarığı, məsuliyyət, diqqətlilik və səliqəlilik

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →