Əməliyyat və Tənzimləyici Risklərin idarə edilməsi üzrə Kiçik mütəxəssis (analıq məzuniyyəti)

İşin təsviri

· Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi – potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;

· Ssenarilərin təhlil edilməsi və Stress testlərin icrası;

· Bankın fəaliyyətinin davamlı izlənilməsi və qeyri-maliyyə risklərinin baş vermə ehtimalının təhlil edilməsi;

· Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;

· Insidentlər üzrə müvafiq hesabatlıqların hazırlanması;

· Daxili zərər bazasının hazırlanması, gözlənilən itkilərin hesablanması;

· Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;

· Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə dəstək;

· Bank-daxili səlahiyyətlərin idarə edilməsi prosesinə nəzarət və səlahiyyət matriksinin vaxtında yenilənməsinə dəstək göstərilməsi;

· Səlahiyyət matrisinə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanmasına dəstək göstərilməsi;

· Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsində dəstək / Risk mədəniyyətinin inkişaf etdirilməsi / risk koordinatorla daimi əməkdaşlıq;

· Bankda Risklərin və Nəzarət Mexanizmlərinin Özünü Qiymətləndirmə (RCSA) proyektinin icrası;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

· Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;

· İş təcrübəsi: minimum 1 il Bank sahəsi üzrə təcrübə;

· Biliklər: Risklərin qiymətləndirilməsində təcrübə, Mərkəzi Bank-ın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, Daxili Nəzarət və ya Audit təcrübəsi arzu olunandır;

· Xarici dil: İngilis, Rus (arzuolunandır);

· Kompüter Bacarıqları: Microsoft Office.