Hüquqi Məsələlər departamentinin Korporativ Katiblik şöbəsinin Kargüzarlıq, Arxiv və Assistentlər qrupunun Assistenti (qarşılama üzrə)

Dünən

İşin təsviri

  • Bankın qonaqlarının (müştərilərinin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunu yaxşı şəkildə təqdim olunması;
  • Bankın inzibati binasının işçi heyətinə görüşlərin, görüş otaqlarının və ümumi ofis idarəetməsinin təşkil edilməsinə inzibati dəstək göstərilməsi;
  • Bankda daxil olan və göndərilən sənədlərin vaxtı-vaxtında dövriyyəsini təşkil etməklə daxili sənəd dövriyyəsi xidmətlərinin göstərilməsi;
  • Zərurət yarandığı təqdirdə kargüzarlıq prosesinə dəstəyin göstərilməsi;
  • Daxili və xarici kuryer xidmətinin işinin düzgün təşkil edilməsinə dəstək göstərilməsi;
  • Müvafiq sistem vasitəsilə sənəd dövriyyəsi etaplarının izlənilməsi;
  • Müvafiq struktur vahidləri və işçi heyəti ilə səmərəli ünsiyyətin təmin edilməsi.

Tələblər

• Təhsil: Ali təhsil

• Tələb olunan iş təcrübəsi: 0-2 il

• Lisenziya / Sertifikat: –

• Xarici dillər: İngilis, Rus;

• Kompüter bilikləri: Microsoft Office.