Hüquqi məsələlər departamentinin Qərarların Məcburi İcrası üzrə Kiçik mütəxəssi

Bu gün

İşin təsviri

· Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;

· İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;

· Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;

· Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;

· Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;

· İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;

· Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;

· İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;

· İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsinin təmin edilməsi;

· Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətləri qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi;

· Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;

· Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;

· Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

· Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);

· Tələb olunan iş təcrübəsi: 1-2 il iş təcrübəsi;

· Xarici dillər: İngilis (səlis);

· Kompüter bilikləri: Microsoft Office.