İşin təsviri
- Mövcud bazar tendensiyalarını izləmək üçün bütün mövcud mənbələrdən alınan məlumatları təhlil etmək və nəticələr barədə rəhbərliyə vaxtında məlumat vermək;
- Bank sektoru üzrə aylıq hesabatın vaxtında hazırlanması.
- Rəqib araşdırmalarını və maliyyə hesabatlarının təhlilini aparmaq;
- Strateji qərarların qəbulu üçün davamlı olaraq ən yaxşı qlobal təcrübələri, yerli bazar tendensiyalarını və rəqabət mühitini müəyyən etmək üçün araşdırmaların aparılması;
- Strateji təşəbbüslərin hədəfləri və icra planları ilə pasportların hazırlanması; strateji təşəbbüslərin maliyyə təsirinin əvvəlcədən və sonrakı qiymətləndirilməsini həyata keçirilməsi;
- Strategiya uyğunluğu və hədəfə nail olmaq baxımından biznes bölmələrinə dəstək göstərilməsi;
- Bazarın qiymətləndirməsi, bankın rəqabətli mövqeyini müəyyənləşdirilməsi və araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/innovasiya, bazar, rəqabət, məhsullar üzrə);
- Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlandırılması.
Tələblər
- Təhsil: Bakalavr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 0-1 il;
- Xarici dillər: İngilis (səlis), Rus ;
- Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira);
- Məhsul üzrə biliklər: Bank məhsulları, satış kanalları və risk səviyyələri;
- Bazar üzrə biliklər: Makro İqtisadiyyat və Bank Sektoru;
- Başqa tələblər: Biznes prosesləri barədə biliklər. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi).