Təhlükəsizlik əməliyyatları analitiki

İşin təsviri

PAŞA Sığorta ASC namizədləri Təhlükəsizlik əməliyyatları analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Təhlükəsizlik əməliyyatları analitiki kimi əsas məqsədiniz şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına, həmçinin təhlükəsizlik üzrə monitorinq, analiz və hesabatların hazırlanmasına töhfə verməkdir. Bu vəzifə İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etməyi, şəbəkə və sistemlərdəki boşluqların müəyyənləşdirilməsini və onların effektiv şəkildə aradan qaldırılmasını əhatə edir.

Öhdəliklər

  • Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və “log” analizinin aparılması
  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi
  • İnformasiya təhlükəsizliyi alətləri vasitəsilə şəbəkə, kompüter sistemləri və veb tətbiqlərdə boşluqların və təhdidlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatların hazırlanması
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək
  • Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Bilik və Bacarıqlar

  • Windows Server, Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliklər
  • SIEM üzrə əla biliklər
  • Firewall və korporativ antiviruslar üzrə yaxşı biliklər
  • WAF, HIDS/HIP üzrə yaxşı biliklər
  • NIDS/NIPS, NGFW üzrə yaxşı biliklər
  • Vulnerability Management üzrə orta səviyyədə biliklər
  • DLP üzrə orta səviyyədə biliklər
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Stresə davamlılıq və məsuliyyətlilik
  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr)
  • İnformasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
  • Beynəlxalq təhlükəsizlik sertifikatları arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada işləmək imkanı
  • Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti
  • İnnovativ layihələrdə iştirak və real təsir yaratmaq imkanı
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.