İşin təsviri
Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Sığorta hadisələri şöbəsi
Vəzifə Öhdəlikləri:
- Sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisələrin ətraflı şəkildə araşdırılması və qanunvericiliyə, həmçinin şirkətin maraqlarına uyğun olaraq tənzimlənməsi;
- Daxil olan hadisələrin müvafiq platformalar üzərindən qəbulu və qeydiyyatının aparılması;
- Daxil olan hadisələrin qanunvericiliyə uyğun qaydada arxivləşdirilməsi (fiziki və elektron arxiv qovluqlarının yaradılması);
- Baş verən hadisə ilə bağlı ehtiyac olduqda ailə üzvləri, zərərçəkmişlər, yaxınlar və digər üçüncü şəxslərlə əlaqə yaradılması;
- Hadisələrin araşdırılması ilə bağlı müvafiq araşdırma məktublarının hazırlanması;
- Hadisələrin tənzimlənməsi zamanı vətəndaş hüquqlarının və müştəri məmnuniyyətinin qorunmasının təmin edilməsi;
- Həyat sığortası növü üzrə müddətin sonuna qədər yaşam və ölüm hadisələrinin tənzimlənməsi zamanı kreditin olub-olmaması ilə bağlı banka sorğuların göndərilməsi;
- Hadisələrin tənzimlənməsi zamanı mübahisəli məqamlar yarandıqda müvafiq tərəflərlə (şöbə müdiri, departament direktoru, Korporativ hüquq nümayəndələri və İdarə Heyətinin üzvləri) müzakirələrin aparılması;
- Sığorta hadisələri üzrə ödəniş aktlarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərtib edilməsi, ödəniş məbləğlərinin düzgün hesablanması və sənədlərin şirkət daxili müvafiq təsdiqləmə pillələrindən keçirilməsinin təmin edilməsi;
- Baş vermiş hadisələr üzrə imtina məktublarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanması, imtinaların əsaslandırılmış şəkildə aparılması və sənədlərin şirkət daxili təsdiqləmə prosesindən keçirilməsinin təmin edilməsi;
- Hadisələr və ödənişlər üzrə uçotun aparılması və müvafiq hesabatların hazırlanması;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
- Təhsili: İqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
- Dil bilikləri: İngilis dili:orta , Rus dili:orta , Azərbaycan dili:əla.
- Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür.
- Kompüter bilikləri: MS Office:orta.
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.