Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

İşin təsviri

Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk xəritələrinin hazırlanması və mütəmadi yenilənməsi prosesinin koordinasiya edilməsi;
  • Əsas risk indikatorlarının (KRI) və Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin monitorinqinin həyata keçirilməsi, limit pozuntuları və kritik risk hadisələri üzrə vaxtında eskalasiya prosesinə nəzarət edilməsi;
  • İdarə Heyəti, Risk Komitəsi, CRO və digər aidiyyəti idarəetmə orqanları üçün risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət və limit istifadəsi üzrə təhlillərin aparılması;
  • Risklərin idarə olunması siyasətləri, metodologiyaları və prosedurlarının tətbiqi, təkmilləşdirilməsi və effektivliyinin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi və icrasının koordinasiya edilməsi;
  • Risk iştahası, risk tolerantlığı və limitlərin müəyyən edilməsi prosesində iştirak və aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
  • ORSA (Own Risk and Solvency Assessment) prosesinə dəstək göstərilməsi, risklərin kapital adekvatlığına və maliyyə dayanıqlılığına təsirinin qiymətləndirilməsi;
  • ESG risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılıq proseslərinin həyata keçirilməsində iştirak və əlaqələndirmə funksiyasının icrası;
  • Şirkət daxilində risk mədəniyyətinin inkişaf etdirilməsi, maarifləndirmə və təlim təşəbbüslərinə dəstək göstərilməsi; Komandanın gənc üzvlərinə mentorluq edilməsi;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Əlaqəli sahələrdə (risklərin idarə olunması, maliyyə, sığorta, daxili audit və s.) minimum 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.
  • Dil bilikləri: İngilis dili:əla
  • Üstünlüklər: Sertifikatların olması üstünlükdür
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.