İşin təsviri
PAŞA Property Management şirkəti Daxili nəzarət üzrə Təcrübə Proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə müraciət et!
Proqram çərçivəsində nələr əldə edəcəksən?
- Təcrübəli mentorların dəstəyi;
- Real layihələr üzərində iş;
- Hesabatların hazırlığında işdirak
- Risklərin müəyyənləşdirməkdə və nəzarət prosesində iştirak.
Tələblər
Proqramda iştirak şərtləri:
- Bakalavr təhsil pilləsinin sonuncu kurs tələbələri və ya 2025 və 2026-cı il məzunları;
- Azərbaycan Respublikası vətəndaşlığı;
- MS Excel üzrə yaxşı səviyyədə biliklər (Pivot, əsas formulalar) üstünlükdür;
- ACCA F3 sertifikatının olması arzu olunandır;
- Azərbaycan dili – sərbəst, İngilis dili və Rus dili biliyi üstünlükdür.
Son müraciət tarixi: 22.10.2026